Xəbər lenti

Sabah sabiq komandanın məhkəməsidir
Ölkə13:45 07.05.2014

Sabah sabiq komandanın məhkəməsidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ləğvi ilə bağlı verilən apellyasiya şikayətinə baxılacaq. 

Bu barədə “Qafqazinfo”ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib. Apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. 

Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qaynar.info