Xəbər lenti

"Sabah" sonuncu matçda məğlub oldu (VİDEO)
İdman05:31 29.07.2021

"Sabah" sonuncu matçda məğlub oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 15-dən Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan "Sabah” toplanış çərçivəsində son oyununu keçirib. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu "Zestafoni”nin təlim-məşq bazasının stadionunda keçirilən, Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunmuş matçda yerli "Saburtalo” ilə qarşılaşıb.
Baş məşqçi Ramin Quliyev görüşdə aşağıdakı start heyətə şans verib: Səlahət Ağayev, Amin Seydiyev, Bəxtiyar Həsənalızadə, Zurab Oçiqava,  Slavik Alxasov (k), Coşqun Diniyev, Elvin Camalov, Xuan Kamara, Aleksey İsayev, Coy-Lens Mikels, Xulio Rodriqes.
Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Belədə qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər seriyasına müraciət edilib. Burda 4:2 hesabıyla üstün olan "Saburtalo” matçdan qalib ayrılıb.
Bu oyunla Tbilisi toplanışına yekun vuran komanda bu gün səhər saatlarında Vətənə qayıdacaq.
"Sabah” Tbilisi toplanışı çərçivəsində daha öncə "Şukura” (1:0), "Samqurali” (0:1) və "Telavi” (1:3) ilə qarşılaşmışdı.
Səbuhi Həsənov
<iframe width="790" height="444" src="https://www.youtube.com/embed/H8nPqnujC70" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">