Xəbər lenti

Sabah Sumqayıtda su olmayacaq
Ölkə14:26 01.06.2021

Sabah Sumqayıtda su olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıt şəhərini içməli su ilə təmin edən 1 000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar sabah gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Qaynarinfo-ya "Azərsu" ASC-dən bildirilib.
Məlumata əsasən, yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.