Xəbər lenti

Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək
Ölkə 16:59 07.10.2024

Sabahdan bəzi rayonlarda leysan yağacaq, çaylardan sel keçəcək

Sabah axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 9-u gündüzədək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
--> -->