"Sabah” heyətini daha bir futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Hiqor Qabriellə 3 illik müqavilə bağlanıb.
Braziliya klubu "Fluminense”nin yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində bu komanda ilə yanaşı, "Rio Branko”da da (Braziliya) çıxış edib.
Səbuhi Həsənov