Xəbər lenti

"Sabah"ın daha bir rəqibi müəyyənləşdi
İdman07:25 17.01.2022

"Sabah"ın daha bir rəqibi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən "Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub.
Qaynarinfo xəbər verir ki, paytaxt komandası Ukraynanın yüksək liqa təmsilçisi "Zarya” ilə qarşılaşacaq. Görüş yanvarın 20-də, "Titatik Deluxe Football Center”in stadionunda baş tutacaq.
"Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstan təmsilçisi "Pakş”a qarşı keçirib (1:1). Komandamız təlim-məşq toplanışının son yoxlama oyununda "Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq.
Səbuhi Həsənov