Xəbər lenti

"Sabah"ın əsas qapıçıları azyaşlılarla görüşdü
İdman08:17 15.04.2022

"Sabah"ın əsas qapıçıları azyaşlılarla görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
14 aprel – Beynəlxalq Qapıçılar Günü ilə bağlı "Bank Respublika Arena"da "Sabah"ın əsas komandasının qapıçıları ilə klubun futbol akademiyasının və "Vətən” Futbol Məktəbinin qolkiperləri arasında görüş olub.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı ilk olaraq əsas komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyov azyaşlı qapıçılara ustad dərsi keçib, oyunlar zamanı onların diqqət yetirməli olduğu məqamlar barədə danışıb.
Daha sonra azyaşlı qapıçılar əsas komandanın qolkiperləri Səlahət Ağayev, Yusif İmanov, Aleksandr Neçayev və Rüstəm Samiqullinə suallar ünvanlayıb, onlarla birgə futbol oynayıblar
Görüşün sonunda komandanın qapıçılar üzrə məşqçisi Vitali Kovalyovun suallarına ən yaxşı cavab verən bir azyaşlı qapıçıya qolkiperlərin imzalı forması hədiyyə verilib.
Səbuhi Həsənov