"Sabah” Ozan Can Kökcü ilə yollarını ayırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderland klubu "Telstar”la razılığa gəlinib.
Ozan Can 2019-cu ildən paytaxt klubunun uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını "Telstar”da icarədə keçirən Kökcü, "Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.
Klub buna qədər Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Təmkin Xəlilzadə, Dmitro Klots, Elşən Abdullayev, Ruslan Abışov, Filip İvanoviç, Mario Marina, Ramil Şeydayev, Nicat Mehbalıyev və Bəhlul Mustafazadə ilə də vidalaşıb.
Səbuhi Həsənov