"Sabah"da koronavirusa kütləvi yoluxma halı baş verib.
Bu haqda Qaynarinfo-ya "Sabah"ın mətbuat katibi Elnur Həmidov məlumat verib. Onun sözlərinə görə klubun 6 üzvünün testi pozitiv çıxıb. Yoluxanlar əsasən məşqçilər korpusunun üzvləridir. Belə ki, məşqçilərdən Vitali Kovalyov, Ruslan Qafitulin, Artur Olenin, Aleksey Malaxov, Vitali Korneyevdir. Futbolçulardan isə yalnız bir nəfər, Mixeil Erqemlidzenin testi müsbət çıxıb.
Həmidovun sözlərinə görə onlar bu səbəbdən karantinə alınıblar:
"Məşqçilərin arasında keçən həftə yoluxanlar da vardı. Ümumilikdə 6 nəfərdir. Buna baxmayaraq oyuna adi qaydada hazırlığımızı davam etdiririk. Futbolçulardan yalnız Mixail Erqmlidzenin testi müsbət çıxıb. Yoluxanların hamısı karantinə alınıb. Oyun zamanı texniki zonada baş məşqçi Murad Musayev və reablitasiya işi üzrə məşqçi Vladimir Şeludko olacaq".
Səbuhi Həsənov