"Sabah”ın U-17 komandası Gürcüstanın paytaxtı Tbilisidə baş tutan "LeaderBet Cup” turnirində iştirak edib.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçimiz turnir çərçivəsində 2 oyunda qüvvəsini sınayıb.
Paytaxtt komandası ilk matçda Tbilisinin yığma komandası ilə qarşılaşıb. Oyun rəqibin qələbəsi ilə başa çatıb (1:4). Görüşdə "Sabah"ın yeganə qolunu Əhməd Tarverdiyev vurub.
İkinci oyunda isə "Sabah” yerli "Saburtalo”dan olan həmyaşıdları ilə üz-üzə gəlib. Matç Ramil Nurəhmədov və Tuncay Yusiflinin qoları sayəsində təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın üzvü Əsgər Məmmədli turnirin ən yaxşı qapıçısı seçilib.
Səbuhi Həsənov