"Sabah”ın qış hazırlıq planı bəlli olub.
Qaynarinfo klubun məbuat xidmətinə istinadən xəbər verir ki, komanda məşqlərə yanvarın 6-da, Bakıda başlayacaq. "Ağ-göylər” ayın 12-də Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Antalya toplanışı yanvarın 26-na kimi davam edəcək.
Türkiyədəki təlim-məşq toplanışı müddətində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Rəqiblər barədə qarşıdakı günlərdə məlumat veriləcək.
Səbuhi Həsənov