Xəbər lenti

"Sabah"la "Qarabağ"dan böyükhesablı qələbələr
İdman18:11 02.04.2022

"Sabah"la "Qarabağ"dan böyükhesablı qələbələr

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
Qaynarinfonun məlumatına görə turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Qarabağ" "Azərsun Arena"da "Səbail"i qəbul edib. Bu matçda Ağdam təmsilçisi 5:1 hesablı qələbə qazanıb. "Qarabağ"dan qolları Leandro Andrade (5, 41), Ramil Şeydayev (53, 56) və Elvin Cəfərquliyev vurub. Qonaqların heyətində isə təsəlli qoluna Nikolas Raysel (62-p.) imza atıb.
Günün digər qarşılaşması Sumqayıtda "Kapital Bank Arena"da keçirilib. Şəhərin eyniadlı təmsilçisi "Sabah"la qarşılaşıb. Bu görüş isə qonaqların qələbəsi ilə bitib - 0:3. "Sabah"ın qollarını Aleksey İsayev (22), Xuan Kamara (25) və Coy-Lens Mikels (50) rəqib qapısından keçirib.
Tura digər iki qarşılaşması sabah baş tutacaq. "Qəbələ" doğma meydanda "Keşlə"ni qəbul edəcəksə, "Zirə" səfərdə "Neftçi"nin qonağı olacaq.
Səbuhi Həsənov