Xəbər lenti

Sabiq bankir rektora müşavir təyin edildi
Ölkə 17:55 06.01.2026

Sabiq bankir rektora müşavir təyin edildi

Azərbaycan Texnologiya Universitetində rəhbər heyətə yeni təyinatlar olub.

Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə Toğrul Sadıqov, İnnovasiya Mərkəzinin direktoru vəzifəsinə isə Elnur Əhmədov təyin edilib. 

Strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri Toğrul Hüseyn oğlu Sadıqov 11 yanvar 1984-cü ildə Şuşa şəhərində anadan olub. O, 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsinin bakalavr, 2009-cu ildə isə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi fakültəsinin magistr məzunu olub.

Toğrul Sadıqov müxtəlif illərdə "Unibank” ASC-nin Gəncə filialında aparıcı mütəxəssis, "Bank Respublika” ASC-də departament rəhbəri müavini, Gəncə filialının müdir müavini və Goranboy filialının müdiri vəzifələrində çalışıb, Alman–Azərbaycan Fondu və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsində maliyyə məsləhətçisi kimi fəaliyyət göstərib. Proqramlaşdırma sahəsində 5 ildən artıq təcrübəyə malikdir.

İnnovasiya Mərkəzinin direktoru Elnur Zülfüqar oğlu Əhmədov isə 29 iyul 1990-cı ildə Gəncə şəhərində anadan olub. O, 2008-ci ildə 637 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının menecment ixtisasına qəbul olub, daha sonra təhsilini eyni ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura səviyyəsində davam etdirib. 2023–2024-cü illərdə ABŞ-ın Virciniya ştatında yerləşən "IVY College”də ingilis dili proqramı üzrə təhsil alıb.

Elnur Əhmədov beynəlxalq təcrübəyə malikdir, müxtəlif illərdə "Unibank” ASC, "Veysəloğlu” MMC şirkətlərində müxtəlif vəzifələrdə, "X-Link”, "Syscon Azerbaijan”, ABŞ-yə məxsus "Utilities One”,  Çinə məxsus "Anhui Runke Import and Export Trade Co., LTD” şirkətlərində direktor vəzifələrində çalışıb.

--> -->