Xəbər lenti

Sabiq deputatın işçiləri həbs edildi – 12 nəfər
Ölkə09:00 08.06.2015

Sabiq deputatın işçiləri həbs edildi – 12 nəfər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabiq Deputat Dünyamin Xəlilovun obyektində külli miqdarda oğurluq hadisəsi baş verib. 

AzNews.az xəbər verir ki, Cahangir Hacıyevin də brend mağazasının yerləşdiyi “Globus Plaza”dan 30 min manat məbləğində oğurluq olub. Oğurluğu elə plazanın öz işçilərinin etdiyini deyilir.

Belə ki, işçilərdən bir neçəsi əlbir olaraq mağazanın parfumeriya deposundan mal çıxarıblar. Ayın sonunda hesablamalar zamanı məlum olub ki, 30 min manatlıq mal depodan yoxa çıxıb. 

Hadisə ilə bağlı cinayət işi açılıb və 12 nəfər saxlanılıb. Onların həbs edildiyi bildirilir. 

Xatırladaq ki, plazanın sahibi Dünyamin Xəlilovun adı maliyyə fırıldağında hallandırılırdı. Onun saxlanılmasından sonra plazanın satışa çıxarıldığı ilə bağlı məlumat vermişdik. Şirkətin türk iş adamı tərəfindən alınacağı deyilsə də, sonradan iş adamı obyekti almaqdan imtina edib. Hazırda obyektin kim tərəfindən idarə olunduğu bilinmir. 

Qeyd edək ki, “Globus Plaza”da 300-ə yaxın işçi çalışır. Onlardan bəziləri 4, bəziləri isə 2 aydan çoxdur ki, maaşlarını ala bilmirlər. 

Qaynar.info