Xəbər lenti

Sabiq futbolçu İsraildə terror qurbanı oldu - Ad günündə
İdman07:45 10.10.2023

Sabiq futbolçu İsraildə terror qurbanı oldu - Ad günündə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin Reim kəndində keçirilən Sülh Festivalına edilən silahlı hücumda keçmiş peşəkar futbolçu da həyatını itirib.
Qaynarinfo-nun məlumatına görə, Lior Asulin HƏMAS-ın hücumu nəticəsində öldürülüb. Bu barədə onun sabiq klubu "Hapoel” (Təl-Əviv) "X” sosial şəbəkəsi vasitəsilə məlumat yayıb. İsrail klubunun verdiyi açıqlamada, "Keçmiş oyunçumuz Lior Asulinin itkin düşdüyü elan edildikdən saatlar sonra Reimdə keçirilən əyləncə gecəsində terrorçular tərəfindən öldürüldüyünü böyük kədərlə öyrəndik. "Hapoel” olaraq bu çətin zamanda Liorun ailəsinə başsağlığı və güc diləyirik” - sözlərinə yer verilib.
Oktyabrın 6-da Asulin ad gününü festivalda qeyd edirdi. Onun ən böyük uğuru 2004-cü ildə keçmiş klubu "Ichud Bnei Sachnin”in heyətində İsrail Kubokunu qazanmaq olub. Finalda "Hapoel”i (Hayfa) 4:1 hesabı ilə məğlub edən Asulin həmin matçda iki qol vurmuşdu.  
İsrail klubunda çıxış edən İlona Hlutinin nənəsi Rekha Hlutinin də HƏMAS silahlılarının hücumu nəticəsində öldüyü açıqlanıb. 
Ölkə rəhbərliyi ümumilikdə hücum nəticəsində 260-dan çox adam öldürüldüyü və onlarla insanın əsir götürülərək Qəzzaya aparıldığını açıqlayıb.
Səbuhi Həsənov