Xəbər lenti

Sabiq futbolçu komandasının məğlubiyyətinə dözməyib, öldü
İdman08:41 26.06.2018

Sabiq futbolçu komandasının məğlubiyyətinə dözməyib, öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misirin və "Zemalek"in sabiq futbolçusu Abdurrahim Muhammed Səudiyyə Ərəbistanının son dəqiqədəki qolundan sonra ürəktutmasından vəfat edib.
Qaynarinfo Sport7.az-a istinadən xəbər verir ki, Dövlət televeziyası Özəl Kanallar Bölməsinin başqanı Üsame Behnesi mətbuata açıqlamasında, veteran futbolçunun oyuna baxarkən ərəblərin son dəqiqədə vurduğu qola görə həyəcan keçirərək ürəktutmasından öldüyünü bildirib. Mətbuatda yazılanlara əsasən Muhammed xəstəxanaya aparılsa da, orda həyatını xilas etmək mümkün olmayıb.
Rusiyada baş tutan DÇ-2018-də A qrupunda Səudiyyə Ərəbistanı ilə qarşılaşan Misir son dəqiqədə qapısından qol buraxaraq meydançadan 1:2 hesablı məğlubiyyətlə ayrılmışdı.