Xəbər lenti

Sabiq futbolçusunun "Səbail"dən haqq tələbi yerinə yetirildi
İdman12:59 26.12.2023

Sabiq futbolçusunun "Səbail"dən haqq tələbi yerinə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Səbail" sabiq futbolçusuna pul ödəməli olacaq - Tribunal qərar çıxardı
Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, ilin son iclasında qəbul olunmuş qərarlardan biri də "Səbail"lə bağlı olub. Futbolçu Tural Bayramlının "Səbail"ə qarşı kompensasiya tələbi yerinə yetirilib. Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən qərarı isə ləğv olunub.
Nəticədə "Səbail"in Bayramlıya 70.000 manat ödəməsi haqda əmr çıxarılıb.
Səbuhi Həsənov