Xəbər lenti

Sabiq icra başçısının həbs müddəti uzadıldı
Ölkə10:26 23.02.2026

Sabiq icra başçısının həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
"Report"un məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.
İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.