"Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin "Naxçıvan Yol Təmir Tikinti İstismar" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, Muxtərov Cəfər Məhərrəm oğlu müvafiq əmrlə vəzifəsindən azad olunub. Onu MMC-nin direktor müavini Hidayət İmanov əvəz edir.
Qeyd edək ki, Cəfər Muxtərov vaxtilə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 2016-cı ildə Ali Məclisin o vaxtkı sədri Vasif Talıbov tərəfindən vəzifəsindən azad edilib.
Xatırladaq ki, bu ilin fevral ayında "Şərur Yol Təmir Tikinti İstismar" MMC, "Culfa Yol Təmir Tikinti İstismar” MMC, "Kəngərli Yol Təmir İstismar” MMC, "Babək Yol Təmir İstismar” MMC, "Sədərək Yol Təmir İstismar” MMC, "Şahbuz Yol Təmir İstismar” MMC, "Ordubad Yol Təmir İstismar” MMC "Naxçıvan Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşdirilib. MMC-nin qanuni təmsilçisi Muxtərov Cəfər Məhərrəm oğlu seçilmişdi.
Aydın
Şərhlər