Xəbər lenti

Sabiq nazir Bakı İstintaq Təcridxanasına gətirilir
Ölkə18:00 10.01.2014

Sabiq nazir Bakı İstintaq Təcridxanasına gətirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yanvarın 11-də keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüləcək.

“Media forum” saytının məlumatına görə, vəkil Toğrul Babayev bildirib ki, Penitensiar Xidmət köçürülmə haqda qərar verib: “Bakı Apelyasiya Məhkəməsi Əli İnsanovun məhkəməyə gətirilməsini təmin etmək üçün Penitensiar Xidmətə müraciət etmişdi. Penitensiar Xidmət köçürülmə qərarını buna görə çıxarıb”.

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.

Qaynar.info