Ölkə 16:53 03.11.2023

Sabirabadda böyük təhlükə: Körpü deşilib, İcra Hakimiyyətinin xəbəri yoxdur (VİDEO)

Sabirabadın Moranlı-Sərxanbəyli-Salyan yolunun üzərindəki dəlik açılmış körpü insanların həyatı üçün təhlükə yaradıb.

Qaynarinfo xəbər verir ki, kənd sakinləri tərəfindən yayımlanan görüntüdə körpünün üstündə böyük deşik açıldığı görülür. Bununla bağlı kənd sakinləri şikayət edib. 

Məsələni araşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli bildirdi ki, məsələdən xəbəri var, lakin həmin körpü onların balansında deyil.

Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənova müraciət etdik. RİH rəsmisi bildirdi ki, məsələdən xəbərləri yoxdur, araşdırdıqdan sona məlumat verəcək. Daha sonra isə rayonun rəsmisi ilə əlaqə yarada bilmədik.

Qeyd edək ki, Sərxanbəyli Sabirabadın böyük kəndlərindən biridir və kənddə pambıq zavodu fəaliyyət göstərir.

Günay İlqarqızı