Xəbər lenti

Sabirabadda məzunlar avtoqəzaya düşdü
Ölkə13:34 30.05.2014

Sabirabadda məzunlar avtoqəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayonunda yol qəzası baş verib.

Sabirabad rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gün Sabirabad rayonunun Məmişlər kəndi ərazisində içərisində 4 nəfər məzun olan “Toyota-PRADO” markalı avtomobilin qəzaya uğraması nəticəsində Sabirabad rayon orta məktəblərindən birinin məzunları - 1997-ci il təvəllüdlü İskəndərli Nurlan Rafiq oğlu, Abbasova Nüşabə Seyidəzim qızı müxtəlif xəsarətlə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan digər iki nəfər isə xəsarət almayıb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info