Şirvan şəhər Doğum Evində üçəm doğulub.
Doğum Evindən APA-ya verilən məlumata görə, Sabirabad rayonunun Qaratəpə kənd sakini, 1991-ci il təvəllüdlü Kərimova Mədinə İmanverdi qızı bu gün 3 oğlan uşağı dünyaya gətirib.
Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqların çəkisi 2,5, 2,510 və 2,610 kiloqramdır. Həkimlər körpələrin vəziyyətinin normal olduğu bildirilib.
Qaynar.info