
Şabran və Xırdalanda yanğın hadisəsi qeydə alınıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şabran rayonu, Udulu kəndində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın olub.
Nəticədə, evin 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan kürsülü ikimərtəbəli 5 otaqlı evdə yanğın olub. Nəticədə, evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 15 kv.m sahədə, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan və mətbəx mebeli yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Qaynar.info