Xəbər lenti

Sabunçu məktəbliləri müstəqillik bayramını qeyd etdi
Ölkə11:53 17.10.2014

Sabunçu məktəbliləri müstəqillik bayramını qeyd etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdə Müstəqillik Gününə həsr olunmuş “Vətən birdir” adlı tədbir keçirilib.

 3-cü sinif şagirdləri və sinif rəhbəri Cavid Cəfərzadənin təşkil etdiyi tədbirdə milli müstəqilliyimizin mahiyyəti barədə iştirakçılara məlumat verilib. Şagirdlərin hazırladıqları səhnəciklər, Məmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Məmməd Araz, Bəxtiyar Vahabzadənin şerlərindən parçalar, milli rəqslər valideynlər və müəllimlər tərəfindən xüsusi maraqla qarşılanıb.

 Məktəbin direktoru Cavad Səfərov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və bu cür milli ruhda tədbirlərin daha çox keçirilməsinin vacibliyini vurğulayıb. “Şagirdlərin milli ruhda yetişməsi, xalqımızın həyatında önəmli yer tutan müstəqillik gününü belə kövrək notlarla qeyd etməsi müəllimlərin xüsusi qayğısının nəticəsidir. Dövlətimizin təhsil sistemində apardığı uğurlu siyasət məhz şagirdlərin şəxsiyyət kimi formalaşmasına, vətənimiz, xalqımız üçün savadlı, layiqli övladlar olaraq yetişməsinə xidmət edir” – deyə direktor bildirib.

Məktəbin müəllimi Turanə xanım da C.Cəfərzadəni belə yüksək səviyyəli və əhəmiyyətli tədbirin təşkilinə görə təbrik edib. Sonda C.Cəfərzadə müstəqilliyimizin hər il bayram kimi qeyd edilməsinin milli borc olduğunu bildirib. O, vurğulayıb ki, hər bir müəllim şagirdə bilik vermək, elm öyrətməklə yanaşı, həm də onun əsl vətənpərvər kimi yetişməsinə də çalışmalıdır. C.Cəfərzadə bundan sonra məktəbdə davamlı olaraq vətənpərvərlik ruhunda tədbirlərin keçirilməsinə çalışacağını deyib.

Qaynar.info