
Kişili-qadınlı bir çoxlarının başının bəlası olan kəpək problemi.
Bu xoşagəlməz görüntüdən xilas olmaq üçün müxtəlif yollara əl atırıq. İndi sizi elə də zəhmətə salmayacaq bir üsuldan danışacayıq. Heç düşündünüzmü dişləri təmizləmək üçün istifadə olunan yaxalayıcılar eyni zamanda kəpəyin düşməni ola bilər? Bəli.
Qaynarinfo.Az atv.az-a istinadən bildirir ki, balaca bir qaba az ölçüdə yaxalayıcı töküb üzərinə su əlavə edirsiniz. Qarışımı təmiz saç dərisinə bərəbər şəkildə vurub masaj etmək kifayətdir. Bu üsuldan həftədə bir dəfə istifadə edin və nəticəsini öz gözlərinizlə görün.
Qaynarinfo.Az