Xəbər lenti

Şadlıq evi və iki zavod hərraca çıxarıldı
Ekonomiks07:45 09.03.2019

Şadlıq evi və iki zavod hərraca çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərdəkanda yerləşən "Aydınlıq” şadlıq evi hərraca çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi elan edib.
Auksiona çıxarılan iri müəssisələrdən biri də Qusarda kərpic zavodudur. Həmçinin, Suqmayıtda qazdoldurma stansiyası, Şəmkirdə balıq zavodu komitə tərəfindən hərraca çıxarılıb.
Astarada Mədəniyyət Nazirliyinin balansında olan "Azərbaycan” kinoteatrı, Cəlilabad, Goranboy və başqa bölgələrdə də müxtəlif obyektlər, tikililər hərracla satışa çıxarılıb.
Komitə hərracların aprelin 9-da keçiriləcəyini xəbər verib.