Xəbər lenti

Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır
Ölkə18:02 08.10.2020

Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
15 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə  portala daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.
Qeyd edək ki, sentyabrın 11-dən şagirdlərin elektron yerdəyişməsi  portalında siniflərin komplektləşdirilməsinin təmin edilməsi səbəbindən sorğuların qəbulu müvəqqəti dayandırılıb.