Xəbər lenti

Şagirdlərin müəllimi döyməsi xəbərinə məktəbdən açıqlama
Ölkə15:21 27.03.2019

Şagirdlərin müəllimi döyməsi xəbərinə məktəbdən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının 138 saylı orta məktəbi bu təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.
Qaynarinfo xəbər verir ki, təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, XI sinif şagirdi burada pedaqoji təcrübə keçən Azərbaycan Dillər Universitetinin tələbəsindən məktəbdə siqaret çəkməməsini xahiş edib:
"Dərsdən sonra pedaqoji təcrübə keçən tələbə şagirdi məktəbdən kənara çağırıb və onlar arasında mübahisə baş verib. Bu barədə məktəb rəhbərliyinə məlumat hüquq-mühafizə orqanından verilib".