Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən "Gibraltar Masters” turnirində mübarizəni erkən dayandırmalı olub.
Qaynarinfo xəbər verir ki, şahmatçımız səhhətində yaranan problemə görə yarışı yarımçıq tərk edib. Bu barədə Ş.Məmmədyarov özü məlumat verib.
O, allergik xəstəliyinə görə yarışı davam etdirə bilmədiyini deyib: "Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə".