Xəbər lenti

Şahdağ Turizm Mərkəzinin rəhbəri yenidən azərbaycanlı oldu
Ekonomiks11:05 30.04.2021

Şahdağ Turizm Mərkəzinin rəhbəri yenidən azərbaycanlı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Turizm Agentliyi yanında "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
"Report” xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və Şahdağ Turizm Mərkəzinin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.
Xatırladaq ki, Şahdağ Turizm Mərkəzi 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.