"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 80-ci sessiyasında çıxışı zamanı Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan etdi".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib:
"Dövlət başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və lider ölkə statusuna keçib. Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına, infrastrukturuna inkişafına böyük diqqət yetirildi. İlham Əliyev qeyd etdi ki, Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox kənara çıxır. Dövlət başçısının həmçinin beynəlxalq münasibətlər sistemində islahatlar aparılması haqqında çağırışı da olduqca əhəmiyyətli idi".
Qafqaz Rafiqoğlu
Şərhlər