Xəbər lenti

Sahibkarlar 633 min manat məbləğində cərimələndilər
Ölkə17:25 11.11.2021

Sahibkarlar 633 min manat məbləğində cərimələndilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sahibkarlar 633 min manat məbləğində cərimələndilər 
Bu ilin oktyabr ayının 25-dən başlayaraq sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə monitorinqlər aparılır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Qaynarinfo-ya verilən məlumata əsasən, monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb.
Vergi orqanı əməkdaşları tərəfindən 17 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2261 pozuntu halı müəyyən edilib. Bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub.
Qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektlərinə 632 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.