Xəbər lenti

Sahibkarlar Konfederasiyası “Rəqəmsal iqtisadiyyatda investisiya forumu”nda iştirak edir
Foto 16:40 27.05.2024

Sahibkarlar Konfederasiyası “Rəqəmsal iqtisadiyyatda investisiya forumu”nda iştirak edir

Mayın 26-da İordaniyanın paytaxtı Amman şəhərində İslam Ticarət və İnkişaf Palatasının təşkilatçılığı ilə illik əsasda keçirilən "Rəqəmsal iqtisadiyyatda investisiya forumu” öz işinə başlayıb. İki gün davam edəcək forumda iqtisadiyyatın rəqəmsallaşması və bu sahədə dünyadakı trendlər müzakirə edilir.

Panellərdə "Rəqəmsal iqtisadiyyata investisiyaların stimullaşdırılmasında hökumətlərin rolu”, "Rəqəmsal iqtisadiyyatın inkişafında Ticarət Palatalarının və Biznes İnstitutlarının rolu”, "E-ticarət”, "Üzv ölkələr üçün investisiya imkanları təqdimatları” mövzuları müzakirə ediləcək.

Tədbirdə ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti təmsil edir.

Amman şəhərində keçirilən "Rəqəmsal iqtisadiyyatda investisiya forumu” çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının İordaniyada səfərdə olan nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının, Al-Baraka banklar qrupunun prezidenti Abdullah Saleh Kamil ilə görüşüb.

Görüş təşkilatlar arasında əlaqələrin inkişafına həsr olunub. Həmçinin, Palataya üzv ölkələrdə aparılan təhlillər əsasında illik əsasda aktual mövzulara dair forumların keçirilməsi strategiyası ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə qonaqlara bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP-29 tədbiri haqqında geniş məlumat verilib. İslam Ticarət və İnkişaf Palatasının COP-29-da iştirakı müzakirə edilib.

Bundan əlavə  forum çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti İslam Ticarət və İnkişaf Palatasının Baş katibi Yusif Xələvi ilə görüşüb. Görüşdə təşkilatlar arasındakı əlaqələr, Azərbaycanda illik əsasda "Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsi üçün müvafiq texniki məsələlər müzakirə edilib.

Sözügeden forumun keçirilməsinin təşkilata üzv ölkələr arasında əlaqələrin genişlənməsi, xüsusən də Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiyaların cəlb edilməsi və ölkəmizdə istehsal edilən məhsulların təşkilata üzv ölkələrin bazarlarına ixrac edilməsi potensialı haqqında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, forumda təşkilata üzv ölkələrin məhsullarının Azərbaycanın logistika imkanlarından istifadə etməklə Qafqaz və MDB ölkələrinə ixrac edilməsi imkanları təhlil edilib.

Daha bir görüş İordaniya Ticarət və Sənaye Palatasının sədri Xalil Elhaj Tavfiqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə baş tutub.

Görüşdə Azərbaycanın gələcək illərdə forumda daha geniş heyətlə, xüsusilə iqtisadiyyatın rəqəmsallaşmasına maraq göstərən sahibkarlarla təmsil olunması perspektivi vurğulanıb.

Forumun təşkilatçısı olan İslam Ticarət və Sənaye Palatasının bu fəaliyyəti təqdir edilib və Azerbaycanda da bu nümunədə "Dayanıqlı kənd təsərrüfatı forumu”nun keçirilməsinin razılaşdırıldığı qeyd olunub. İordaniya Ticarət və Sənaye Palatası, Azərbaycanda baş tutacaq bu foruma indidən maraq göstərən yerli şirkətlərin olduğunu bildirib.

O cümlədən, ölkələrimiz arasında turizm potensialı, tikinti və əczaçılıq sahəsində muvafiq əməkdaşlıq imkanlarının mövcudluğu vurğulanıb və bu istiqamətdə qarşılıqlı biznes səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə edilib. Qərara alınıb ki, hər iki biznes təşkilatı əməkdaşlığa dair memorandum imzalasınlar.

Görüşdə həmçinin Azərbaycanda keçiriləcək mötəbər COP-29 tədbiri ilə bağlı İordaniyanın biznes nümayəndələrinə geniş məlumat verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->