Xəbər lenti

Sahibkarların "qeyri-standart" istəkləri "Açıq mikrofon"da
Ekonomiks15:37 01.11.2023

Sahibkarların "qeyri-standart" istəkləri "Açıq mikrofon"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı" bu dəfə sahibkarların ixtiyarında olub.
Socar "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, qurumu Qazın balansı və hesabatı şöbəsinin rəis müavini çıxış edərək sahibkarları dinləməyə hazır olduqlarını bildirib. Aksiyaya qatılan 20-dən çox sahibkardan yalnız 2 nəfəri problemini ünvanlayıb ki, onlar da dövlət yoxlamasına aparılan qaz sayğacının yenidən bərpasını xahiş edib.
Qalan digər sahibkarların istəyi isə istixanalarda quraşdırılan qeyri-standart qaz cihazlarının istifadəsinə  icazənin verilməsi olub. Salyan RQİİ-nin və Birliyin rəhbər şəxsləri məsələ ilə bağlı yekun qərarın aparılacaq araşdırmalardan sonra veriləcəyini bildiriblər.