Xəbər lenti

Sahibkarlarla növbəti görüş Masallı rayonunda keçiriləcək
Ekonomiks19:01 16.01.2023

Sahibkarlarla növbəti görüş Masallı rayonunda keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR "Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq.
"Səyyar qəbul otağı" yanvarın 18-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.