Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə sabiq prorektoru Elçin Süleymanova yeni vəzifə verilib.
Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədrinin müavini təyin edilib.
Bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Elçin Süleymanov ötən ilin dekabr ayında elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə vəzifəsindən azad edilmişdi.
Əhməd
Şərhlər