Xəbər lenti

Şahin Diniyev Kamal Bayramovla insidenti haqda: "Bu, ölülərin oyunu deyil ki..."
İdman19:13 11.09.2016

Şahin Diniyev Kamal Bayramovla insidenti haqda: "Bu, ölülərin oyunu deyil ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycan Premyer Liqasında IV turun oyunlarına yekun vurulub.

Qaynarinfo.Az xəbər verir ki, Gəncə şəhər stadionunda "Kəpəz"lə "Zirə" komandaları arasında baş tutan görüşdə xoşagəlməz hadisələr baş verib.

Belə ki, oyunun 51-ci dəqiqəsində "Kəpəz"in portuqaliyalı oyunçusu Serjinyo ilə "Zirə"li Təmkin Xəlilzadə arasında gərginlik texniki zonada oturanlara da sirayət edib. "Zirə"nin Gəncədən olan ehtiyat qapıçısı Kamal Bayramovla "Kəpəz"in baş məşqçisi Şahin Diniyev arasında xoşagəlməz dialoq baş verib. Bundan sonra gəncəli azarkeşlər də meydançaya plastik qablar atmağa başlayıb.

Diniyev oyundan sonra keçirilən mətbuat konfransında bu məsələyə aydınlıq gətirməyə çalışıb: "Kamal mənim futbolçum olub. Ona söz deməyə ərkim çatır. Kamalı çağırıb dedim ki, camaatı qaldırma, sakit dur. Aramızda heç bir problem yoxdur. Bu futboldur, hər şey ola bilər. Futbol emosiyanı sevir. Bu, ölülərin oyunu deyil ki, hamı sakit oturub baxsın. Mən Kamala nə isə dedimsə, o demək deyil ki, onu təhqir etmişəm. Səhvim olanda üzr istəməyi bacaran insanam. Yadınızdadırsa, ötən mövsüm "Neftçi" ilə oyunda Erik Ramosu çağırıb üzr istəmişdim".

Qeyd edək ki, bu matçda "Kəpəz" ötən mövsümün gümüş mükafatçısına 2:0 hesabı ilə qalib gələrək yeni mövsümdə ilk qələbəsini qazanıb.

Qaynarinfo.Az