Xəbər lenti

Şahin Sultanovun vəkilindən sensasion açıqlama
Ölkə09:41 25.06.2014

Şahin Sultanovun vəkilindən sensasion açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Şahin Sultanova qarşı qərəzli istintaq aparılır. 

Yaxın iki gün ərzində bununla bağlı müvəkkilimin geniş açıqlamasını mətbuata təqdim edəcəyik”. Bu fikirləri AzNews.az-a açıqlamasında hazırda həbsdə olan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun vəkili Adəm Məmmədov deyib.

O iddia edir ki, istintaqın qərəzli aparılmasında hazırki müdafiə naziri Zakir Həsənovla, hərbi prokuror Xanlar Vəliyevin marağı var: “Şahin Sultanova qarşı istintaqın qeyri-obyektiv aparılmasında bu iki şəxs dayanır. Amma daha çox Xanlar Vəliyevin adını çəkə bilərəm. Tezliklə faktlarla Xanlar Vəliyevin və Zakir Həsənovun Şahin Sultanova qarşı qərəzinin səbəbləri ortaya qoyulacaq”. 

Qaynar.info