İdman 11:18 16.03.2022

Şahmat olimpiadasının məkanı müəyyənləşdi

Bu il keçiriləcək şahmat olimpiadasına ev sahibliyi edəcək ölkənin adına aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, bu haqda Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Yarış Hindistanda gerçəkləşəcək. Olimpiada Tamilnad ştatının paytaxı Çennayda təşkil olunacaq. Yarışın dəqiq tarixi açıqlanmasa da iyulun sonu - sentyabrın əvvəlində olacağı bildirilib.

Bu il şahmat olimpiadası Rusiyada keçirilməli idi. Lakin Ukraynaya hərbi müdaxilə səbəbindən yarışa ev sahibliyi hüququ Rusiyadan alınıb.
 
Səbuhi Həsənov