Xəbər lenti

Şahmat üzrə ölkə çempionu müəyyənləşdi
İdman13:27 18.02.2022

Şahmat üzrə ölkə çempionu müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.
Federasiyanın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə finalda Misrətdin İsgəndərova qalib gələn Məhəmməd Muradlı qızıl medal qazanıb. İsgəndərov gümüş medalla kifayətlənib.
Üçüncü yer uğrunda görüşün ikinci oyununda Vasif Durarbəyli Aydın Süleymanlı üzərində ikinci qələbəsini qazanıb və Azərbaycan çempionatının bürünc mükafatçısı olub. Süleymanlı 4-cü yeri tutub.
Çempionatın ümumi mükafat fondu 22 min manat olub. Çempion 8 min manat qazanıb.
Səbuhi Həsənov