Xəbər lenti

Şahmatçılarımız Ermənistanı məğlub etdilər
İdman15:54 28.09.2018

Şahmatçılarımız Ermənistanı məğlub etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. 
Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 
V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. 
Ermənistan - Azərbaycan - 1,5:2,5 
Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1
Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1
Qrant Melkumyan - Arkadi Naydiç - 1:0
Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.