Xəbər lenti

Şahmatçımız Avropa çempionatında 6-cı oldu
İdman07:07 21.08.2021

Şahmatçımız Avropa çempionatında 6-cı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 8-dən etibarən Rumıniyanın Yași şəhərində davam edən qadınlar arasında şəxsi Avropa çempionatı başa çatıb. 
Şahmat Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə ölkəmiz bu yarışda 10 şahmatçı ilə təmsil olunub. Onlar arasında ən yüksək nəticəni 11 oyundan 7.5 xal toplamaqla əmsalını 14 vahid artıran Gülnar Məmmədova göstərib. Bu nəticə ilə 5-13 -cü yerləri bölüşdürən Gülnar əlavə göstəricilərə görə 6-cı yerin sahibi olub. 
Turnirin başlanğıcında liderlər qrupunda olan Günay Məmmədzadə sonda yarışı 7 xalla bitirib. Digər şahmatçılarımızdan Xanım Balacayeva 6.5, Gövhər Beydullayeva və Türkan Məmmədyarova 6 xal toplayıb. Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xəyalə Abdulla isə yarışı 5.5 xalla başa vurub. Ayan Allahverdiyeva 5, Nəsrin Babayeva isə 4.5 xal toplayıb.
Səbuhi Həsənov