Xəbər lenti

Şakir Qəribov: "Yavaş-yavaş özümə gəlirəm"
İdman14:36 27.12.2021

Şakir Qəribov: "Yavaş-yavaş özümə gəlirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov əməliyyat olunub. Ağır ürək əməliyyatı keçirən mütəxəssis hazırda ev şəraitində müalicə alır.
Qəribov səhhəti ilə bağlı Qaynarinfo-ya danışıb.
"Allaha şükür hər şey yaxşıdır. Hazırda evdəyəm. Ürək əməliyyatı keçirmişdim. Müalicəmi evdə davam edirirəm. Yavaş-yavaş özümə gəlirəm. Ayağa durub gəzə bilirəm. Problemlər hamıda olur. Şükür Allaha hamısı geridə qaldı".
Mütəxəssis nə vaxt işə geri dönəcəyi ilə bağlı suala belə cavab verib: "Bunun konkret vaxtı yoxdur. Hər orqanizm başqadır. Ola bilsin yeni ildən etibarən işimə qayıdım. Həkimlər səhhətimi nəzarət altında saxlayır".
Səbuhi Həsənov