
Sakitləşdirici dərmanların əks təsiri olduğu ortaya çıxıb.
Qaynarinfo.Az xarici mətbuata istinadən xəbər verir ki, depressiya aradan qaldırıcı serotonin hormonunu artıran dərmanların beyində qayğı artırıcı yan təsirləri olduğu ortaya çıxıb. Bu dərmanlar ondan istifadə edən insanlarda bəzən əks təsir göstərir. Hətta intihara meyillilik yaradır.
İngilis "İndependent" qəzetinin verdiyi xəbərə görə, Amerikalı alimlərin, siçanlar üzərində serotonin hormonunu çıxaran neyronları aktiv edərək reallaşdırdıqları təcrübədə bu neyronların siçanları narahat etdiyini və əks təsiri olduğunu təsbit edib.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az