Xəbər lenti

Salatın Əsgərovanın şəhid olduğu kənd Salatınkənd adlandırılsın - Deputat
Ölkə07:43 14.12.2021

Salatın Əsgərovanın şəhid olduğu kənd Salatınkənd adlandırılsın - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlətimiz və xalqımız hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutub”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, yanvar ayında onun ermənilər tərəfindən qətlə yetirilməsinin 30 ili tamam olub: "Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını dövlət qurumlarından xahiş edirik. Onu da qeyd edim ki, şəhid jurnalistin yeganə övladı 1 ildir işsizdir”.
Deputat Əməkdar artist Novruz Qartalın səhhətində yaranan problemə də münasibət bildirib: "Novruz Qartal bu günlərdə çox ağır şəraitdə kirayədə yaşayır. Onun son arzusu ömrünün son günlərini öz evində keçirməsi ilə bağlıdır. Əlaqədar qurumları bu məsələyə münasibət bildirməyə çağırıram”.//APA