
14 qolla Azərbaycan Premyer Liqasının ən sərrast 2-ci futbolçusu olmuş Salvador millisinin hücumçusu Nelson Bonilya Azərbaycanda qalmamağa qərar verib.
Qaynarinfo.az xəbər verir ki, Bonilya öz şəxsi "İnstaqram" və "Feysbuk" səhifələrində ispan və ingilis dillərində "Zirə" klubundakı komanda yoldaşlarına və bütün azarkeşlərə öz təşəkkürünü bildirib və Bakıdan yaxşı xatirə ilə ayrıldığını qeyd edib.
Artıq onun yeni klubunun adını da müəyyənləşdirmişik. Bu, 99 faiz Portuqaliyanın "Nasional" klubudur. Bonilyaya həmçinin İsveçrə klubundan da təklif olduğunu bildirək. Onu "Vill" klubu istəyir. Bu klub daha çox "Zirə"yə transfer məbləği ödəyir. Bu üzdən "Zirə"nin bu təklifə razı ola biləcəyi də istisna deyil.
Qeyd edək ki, Nelson Bonilyanın Azərbaycandan maaşının azlığına görə ayrılacağını ilk olaraq Qaynarinfo.az yazıb.
Qaynarinfo.az