Xəbər lenti

Salyan sakininin küçədə tapdığı əşya əlində partladı (VİDEO)
Ölkə17:01 01.09.2019

Salyan sakininin küçədə tapdığı əşya əlində partladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda bədbəxt hadisə baş verib.
Qaynarinfo xezerxeber-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan şəhəri Qulu Əsgərov küçəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1939-cu il təvəllüdlü Abbasov Aləddin Qasım oğlu küçədən tapdığı əşyanı yoxlayarkən anidən partlayıb. Nəticədə sol əli ciddi xəsarət alıb.
Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun sol əli bilək nahiyyədən amputasiya olunub, vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.