Xəbər lenti

Salyanda "07 əməliyyatı": polis 7 yaşlı uşağın qatilini axtarır
Ölkə18:10 24.10.2017

Salyanda "07 əməliyyatı": polis 7 yaşlı uşağın qatilini axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda 7 yaşlı Əhmədov Ayxan Sabir oğlunu vurub qaçan maşının sürücüsünün axtarışları davam edir. "Qaynarinfo"nun əldə etdiyi məlumata görə, rayon Polis Şöbəsi gücləndirilmiş rejimdə çalışır.
Məlumata görə, son 3 gündə rayondakı bütün VAZ 2107 markalı avtomobillər saxlanılaraq şöbəyə aparır. Çünki şahidlərin sözlərinə görə, 7 yaşlı uşağın ölümünə VAZ2107 markalı, həm də üzərində "TAKSİ" işarəsi olan  avtomobil səbəb olub. Bu səbəbdən də yerli polis bütün "07"ləri, xüsusən takasi fəaliyyəti ilə məşğul olanları saxlayaraq şöbəyə aparır. Burda həmin maşınlara ekspertlər baxış keçirir, onların yaxın müddətdə hansısa qəzaya uğrayıb-uğramadığı müəyyənləşdirilir. Ekspertlərin rəyindən sonra maşınlar şöbədən buraxılır.
Məlumatda bildirilir ki, bu gün yerli polis idarəsinin həyətində təxminən 80-ə yaxın "07" olub. Lakin hələlik Ayxan Əhmədovun qatili tapılmayıb. İddialara görə, Salyan Polis Şöbəsinin rəisi 7 yaşlı uşağın qətlinə səbəb olan maşının nömrəsini deyənlərə mükafat vəd edib. 
Ayxan Əhmədov
Qeyd edək ki, Ayxan Əhmədov oktyabrın 18-də yol qəzası zamanı həlak olub. Hadisə Ələt-Astara avtomobil yolunun Salyan şəhərinin ərazisindən keçən 59-cu kilometrində, "Ay işığı" mağasının qarşısında baş verib. Yaxınlıqdakı binada yaşayan 7 yaşlı Salyan şəhər sakini Ayxan Əhmədov mağazadan çıxıb evlərinə getmək istəyərkən onu naməlum, ağ rəngli VAZ-2107 markalı avtomaşın vurub. Uşaq xəstəanaya gətirilərkən yolda keçinib.
Məlum olub ki, həmin gün balaca Ayxanın anası Aytəkin tibb bacısı işlədiyi Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Salyan Regional Mərkəzində növbədə olub. Ona görə də o və qardaşı evdə nənələrinin yanında qalıblar. Bu vaxt Bakıdan bibilərinin nişanlısı Cavid Abdullayev onlara gəlib.
Bazarlıq üçün yaxınlıqdakı "Ay İşığı " marketinə yollanan Cavid Abdullayevə Ayxan və qardaşı da qoşulub. Mağazadan çıxan zaman isə uşağı hələ də axtarışda olan maşın vuraraq qaçıb. Həyatının son anlarını yaşayan balaca Ayxan dərhal yaxınlıqda olan insanlar tərəfindən Salyan Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanaya ağır yaralı gətirildiyini eşidən ana dərhal ona yaxınlaşıb və evdə qoyub gəldiyi 7 yaşlı oğlunun cəsədini görüb.
Həmin gündən Salyan polisi gecə-gündüz balaca Ayxanın qatilini axtarır.
Aydın
Qaynarinfo.Az