Salyan rayonunda hamilə qadın dünyasını dəyişib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanındaqeydə alınıb.
Belə ki,8 aylıq hamilə olan1998-ci il təvəllüdlü, Hökumə Oqtay qızı Məmmədova gecə saatlarında qəfil dünyasını dəyişib.
Yaxınları qadının epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildiriblər. Həmin gecə də anidən epilepsiya xəstəliyi tutub və onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.